Fransanın müstəmləkə bölgələri tamamilə idxaldan asılıdır - Elgün Hacıyev
14 Dekabr 14:55 SiyasətFransanın müstəmləkə bölgələrində turizm imkanları olmasına baxmayaraq, bu sahə çox məhdud çərçivədə istifadə edilir.
Olaylar xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun şöbə müdiri Elgün Hacıyev 14 dekabr Dekolonizasiya Gününə həsr edilmiş 2024-cü il üzrə hesabatın təqdimatında deyib.
O qeyd edib ki, həmin ərazilər üçün daha gəlirli sahələr də mövcuddur.
"Fransa idarəçiliyindəki ərazilərdə çox ciddi diskriminasiya mövcuddur. Fransa və onun dənizaşırı dövlətlərində tədqiqatlar zamanı məlum olub ki, eyni bölgədə yerləşən digər ərazilərin idarəçiliyi ilə müqayisədə kəskin fərqlər var.
Həmin ərazilərin iqtisadiyyatı tamamilə idxaldan asılıdır", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31