Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edir

Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edir.

Olaylar xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

"15 dekabr 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edəcək", - deyə XİN-dən bildirilib.

Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri:

Ünvan: Tehran şəhəri, Pasdaran, Dərrus, Yarməhəmmədi küçəsi, Saqi dalanı 5

Telefon: (+98 21) 22 59 62 90/91

Faks: 22596310

Elektron poçt: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31