Azərbaycan ilə İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib

Azərbaycan ilə İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib.

Olaylar xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş"i təsdiqləyib.

Qeyd edək ki, saziş 2024-cü ilin sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31