Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad edildi
13 Dekabr 16:41 SiyasətAzərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilib.
Olaylar xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Qeyd edək ki, saziş 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31