Azərbaycan qlobal gücə çevrilib- ÖZƏL
13 Dekabr 2024 13:55 Siyasət"Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan neft strategiyası, "Əsrin müqaviləsi" və digər enerji layihələri ilə yanaşı, ölkəmizin iqtisadi, siyasi və sosial sahələrdə əldə etdiyi uğurlar bu gün də Onun siyasi kursunun davam etdirilməsi ilə genişlənməkdədir". Olaylar xəbər verir ki, bunu YAP Nəsimi rayon təşkilatının sədri Azər Sülüymanov deyib: "Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin qoyduğu təməl üzərində davamlı islahatlar həyata keçirərək ölkəmizi daha yüksək zirvələrə yüksəldir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlət və ordu strategiyası Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə, Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin sürətlə aparılmasına səbəb oldu. Bu uğurlar xalq-iqtidar birliyi, yüksək döyüş ruhu və uzaqgörən siyasət sayəsində mümkün olmuşdur.
Bu gün Azərbaycan dünyanın lider dövlətləri sırasında öz mövqeyini möhkəmləndirir. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı qlobal gücə çevirən Heydər Əliyevin adı tariximizdə əbədi olaraq qalacaqdır. Onun milli dövlətçilik ideyaları və strateji baxışı müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətlər kimi əbədiləşmişdir".