İlham Əliyev Ulu Öndərin müqəddəs vəsiyyətini yerinə yetirdi- ÖZƏL
13 Dekabr 2024 12:44 Siyasət"Heydər Əliyevin gələcəyi, idealları Onun siyasi kursunun davamlılığındadır. O, sona çatdıra bilmədiyi taleyüklü işləri, dövlət kursunu cənab İlham Əliyevə əmanət etməklə bir daha uzaqgörənliyini göstərdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Samir Vəliyev deyib: "2003-cü ildə xalqa müraciətində siyasi varisi İlham Əliyevi dəstəkləməyə çağırırdı. Ulu Öndər İlham Əliyevin yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəyinə əmin idi. Onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyiniz və dəstəyi ilə İlham Əliyevin başa çatdıracağına inanırdı. O, bu əminliyində tamamilə haqlı idi.
Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu möhkəm bünövrə üzərində Azərbaycanı gücləndirərək artan iqtisadi imkanları ilk növbədə ordu quruculuğuna yönəltdi. Qüdrətli ordumuzun rəşadəti, iqtisadi gücümüz və artan beynəlxaql nüfuzumuz sayəsində Ulu öndərin müqəddəs vəsiyyətini yerinə yetirdi. Ərazi bütövlüyümüz təmin edərək üçrəngli bayrağımızı bütün torpaqlarımızda, Qarabağın tacı olan Şuşada, mili ləyaqət ünvanızmız olan Xankəndidə qürurla dalğalandırdı".