Avropa “Yeni Suriya”nı tanıyacaq?- ÖZƏL

Avropa Suriyada hakimiyyəti ələ almış qüvvələri tanımaq məsələsində tələsmək istəmir. Çünki onların yaxın gələcəkdə hansı istiqamətdə fəaliyyət göstərəcək dövlət qurmaları barədə dəqiq təsəvvürlər yoxdur. Amma onlar gələcəkdə bu vaxta qədər keçdikləri yolu təkrar etməsələr dövlətin tanınması, sanksiyaların aradan götürülməsi məsələsinə baxıla bilər. Bu barədə  Aİ-nin aparıcı ölkələrinin böyük ehtimalla  razılaşdığı Almaniyanın xarici işlər naziri Annalena Barbokun səsləndirdiyi bəyanatda deyilir. 

Politoloq Əlimusa İbrahimov "Olaylar"a deyib ki, hazırda Dəməşqə nəzarət edən Heyət Təhrir əl-Şamdan (HTS) avropalılar koalisiya hökuməti yaratmağı, qadınların, azlıqların,  dini və milli şəxslərin hüquqlarına hörmət etməyi tələb edirlər: "Suriyadakı son hadisələri nəzərdən keçirdikdə bunu etməyin heç də asan olmayacağı və ya uzun müddət çəkəcəyi təsəvvürü yaranır. Aparıcı dövlətlər ikinci Əfqanıstanın doğulmasına imkan vermək fikrində deyillər. Heç Suriya xalqı da buna getməyəcək. Türkiyənin Suriya hadisələrinin episentrində qərar tutması umidləri artırır. Ankara İslamçı qüvvələrlə hələlik yumşaq davransa da, qonşuluqda Talibana bənzər hakimiyyətin mövcudluğu ilə barışa bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31