Həştərxanda ümummilli lider Heydər Əliyev anımı

Rusiyanın Həştərxan vilayətində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.Tədbirlərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Həştərxandakı Azərbaycan İş   Mərkəzinin  koordinatoru  Nəsimi Məmmədov  və nümayəndə heyətinin digər üzvləri iştirak  ediblər. 

Həştərxan vilayətinin vitse-qubernatoru, Baş nazir Denis Afanasyev başda  olmaqla  Azərbaycan nümayəndə heyəti, vilayət rəsmiləri və Azərbaycan diasporunun nümayəndələri ümummilli liderin şərəfinə adlandırılmış xiyabana gələrək,  Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar  və xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra nümayəndə heyəti "Əbədi məşəl" abidəsini ziyarət edib. Daha sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin adını daşıyan 11 nömrəli tam orta məktəbdə olub, ümummilli liderin  büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulan məktəbin fəaliyyəti barədə məlumat verilib.Nümayəndə heyəti ümummilli liderin anım günü şərəfinə məktəb kollektivinin hazırladığı tədbirdə də iştirak edib. Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu məktəbin əhəmiyyətini qeyd edərək, təhsil  ocağının   Heydər Əliyevə həsr olunmuş tədbirlərdə, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Heydər Əliyev İli çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakını vurğulayıb.

Bundan sonra nümayəndə heyəti Həştərxan şəhərinin meri İqor Redkinlə görüşüb. Nümayəndə heyətinin üzvləri İqor Redkini son seçkilərdə qələbəsi və şəhərin meri seçilməsi münasibətilə təbrik edib, Həştərxan ilə Azərbaycan arasında sıx əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliklərini bildiriblər. 

Səfər çərçivəsində Azərbaycan İş  Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvlərinin və Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, Azərbaycan dövlətçilik tarixində müstəsna rol oynamış Heydər Əliyev təkcə xalqı üçün deyil, dünya siyasətində də mühüm missiyanı həyata keçirməyi bacaran nadir şəxsiyyətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31