Ekspert: Ermənistan bu məsələni həll etməlidir – ÖZƏL
12 Dekabr 2024 21:47 SiyasətAzərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunu önəmli məsələ kimi qiymətləndirib. Nazir bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsinin preambulanın dəyişməzliyi ilə bağlı son qərarı vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki həmin preambula Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd olan müstəqillik aktına istinad edir. Azərbaycan bu məsələdə Ermənistandan qətiyyətli addımlar gözləyir.
Cross Media Təhlil Mərkəzinin analitiki, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında qeyd edib ki, bu, Azərbaycanın haqlı və qətiyyətli tələbidir:
"Beynəlxalq hüquqla da, mənəvi baxımdan da, siyasi baxımdan da Azərbaycan haqlıdır. Təsəvvür edək ki, Paşinyan istefa verib və ya istefaya məcbur edilib. O zaman keşiş qiyafəli Qalstanyanın Paşinyanın Azərbaycanla və yaxud hansısa bir ölkə ilə bağladığı beynəlxalq müqaviləni tanımamağa haqqı var. Çünki Ermənistan konstitusiyasına, onun preambulasına görə bu qanunsuzdur. O zaman imzaladığımız saziş qüvvəsindən düşəcək. Ona görə də hesab edirəm ki, Ermənistan bu məsələlərə ciddi yanaşmalıdır, bu məsələni həll etməlidir. Daha sonra biz sülh və digər dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı məsələlərə baxış edə bilərik. Yoxsa indiki şəraitdə bu mümkün deyil və hesab edirəm ki, Azərbaycan tərəfi iradlarında və tələblərində haqlıdır".
Qiymət Mahir