Zəfər parkı milli yaddaşımızı gələcək nəsillərə çatdıran bir irsdir- ÖZƏL

"Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi misilsiz qəhrəmanlıq yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı, eyni zamanda ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirdi". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib: 
"Bu Qələbənin simvolu olan Zəfər Parkı Bakının ən gözəl guşələrindən birində inşa edilərək bu nailiyyətin əbədiyaşarlığını təsdiqləyir. Cənab İlham Əliyev parkın açılış mərasimində çıxış edərək Zəfər bağı və abidənin əhəmiyyətini vurğuladı. 44 metrlik tağ və hər biri qələbənin bir gününü təmsil edən 44 sütun yalnız memarlıq baxımından deyil, həm də milli yaddaşımızı gələcək nəsillərə çatdıran bir irsdir. Burada tərtib ediləcək Zəfər Muzeyi isə xalqımızın qələbə tarixinin canlı şahidinə çevriləcəkdir.  Prezident İlham Əliyev çıxışında 44 günlük müharibənin yalnız hərbi əməliyyat olmadığını, həm də xalqımızın mətin iradəsinin, əyilməz ruhunun, birliyinin təntənəsi olduğunu vurğuladı. "Bu Qələbə bizimlə əbədi olacaq", - deyən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan xalqı və dövləti artıq qalib statusunda yaşayır və bu status gələcək uğurlarımızın təməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31