Tonqa Krallığı Qanunvericilik Məclisinin sədri ölkəmizə səfərə gəlib

Noyabrın 14-də Tonqa Krallığı Qanunvericilik Məclisinin sədri Lord Fatafehi Kinikinilau Fakafanua Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatları - Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Mircəlil Qasımlı  və digər rəsmi şəxslər qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31