Azərbaycan dünyanın taleyinə biganə deyil - ÖZƏL

"12 noyabrda liderlərin zirvə görüşündə səsləndirilən fikirlər əlbəttə ki, birbaşa dünyanın taleyi ilə bağlı idi".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Cənab Prezidentin özünün fikirləri xüsusi olaraq ayrıca vurğulanmalıdır, çünki o, orada istər  iqlim dəyişikliyi məsələləri ilə bağlı, istərsə də dünyada aparılan ikiüzlü siyasətlə bağlı, özəlliklə də Azərbaycanı ittiham edən dövlətlərə çağırışlarla bağlı fikirlər səsləndirdi və əlavə olaraq bu tədbirdən istifadə etməyənlərə öz fikrini bildirmiş oldu. Yəni bir növ prezidentin çıxışında biz onu müşahidə etdik ki, Azərbaycan balaca dövlət olsa da, dünyanın taleyinə biganə deyil, qlobal problemlərin həllinə töhfə verməyə davam edəcək. 
Eyni zamanda, BMT baş katibi Antonio Quterrişin çıxışı da olduqca maraqlı idi. Özəlliklə onun  varlılar, güclülər problemləri yaradır, bundan da kasıblar əziyyət çəkir deməsi diqqətəlayiqdir. Yəni böyük dövlətlər, güclü dövlətlər dünyanın bütün problemlərinin səbəbkarlarıdır. Amma bundan ən çox əziyyət çəkən kiçik dövlətlər, kasıb dövlətlərdir. Bu da bir növ çağırış idi ki, böyük dövlətlər o problemləri yaratdıqları kimi, onların həllinə də töhfə verməlidirlər. Əlbəttə ki, bunu eşitsələr yaxşı olar.
Digər çıxışlara gəlincə isə, ümumilikdə xüsusi olaraq mənim diqqətimi çəkən o oldu ki, həm çıxışlarında, həm də Azərbaycan mediasına verilən müsahibələrdə dövlət və hökumət başçıları Azərbaycan dövlətinin COP29-u mükəmməl bir şəkildə təşkil etməsini ayrıca vurğulayırdı. Yəni qeyd olunurdu ki, çox qısa müddət ərzində Azərbaycan dövləti bu hazırlıqları görüb, bu tədbiri də mükəmməl bir şəkildə keçirir. Bu, bizim dövlətimizin qüdrəti, gücüdür, yüksək səviyyədə bacardığı növbəti bir işdir və əlbəttə ki, bir vətəndaş olaraq şəxsən mən buna görə çox qürurluyam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31