Azərbaycan ada dövlətlərinə yardımlarını davam etdirəcək - ÖZƏL

"Kiçik Ada Dövlətləri həqiqətən də çox faciəli bir durumla üz-üzədir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Əslinə qalanda onların hətta bəzilərinin torpaqları ümumiyyətlə yuyulub yox ola bilər. Yəni yüzlərlə, minlərlə, 10 minlərlə insan  məhv ola bilər. Təbiidir ki, böyük dünya güclərinin onlara yardım etməsi vacibdir. Azərbaycan da bu problemi yaxından öyrənib, bələddir. Ona görə də Bakıda bu təşəbbüs oldu. Onlarla bağlı ayrıca müzakirələr təşkil edildi və Prezident İlham Əliyev də həmin müzakirədə iştirak və çıxış etdi, dünyanın diqqətini bu problemə yönəltməyə çalışdı və əlbəttə, bundan narahat olanlar da oldu. Prezidentin çıxışından dərhal sonra Fransanın ekologiya naziri Azərbaycana planlaşdırılan səfərini ləğv etdi ki, bəs Azərbaycan prezidenti Fransanın daxili işlərinə qarışır, bizi ittiham edir və s. Halbuki o, bura gələ bilərdi və özəlliklə də Fransanın müstəmləkəsi olan ərazilərdəki problemlər haqqında danışa bilərdi, onların həllinə töhfə verməyə çalışardı. Eyni zamanda da, o Kiçik Ada Dövlətlərinin problemlərinin həllində Fransanın yardımlarını təklif edə bilərdi. Amma görürsünüz, bir bəhanə uydurub burdan yayındılar. Buna baxmayaraq, Azərbaycan bu prosesin önündə getməyə davam edəcək. O, ada dövlətlərinə yardımlarını davam etdirəcək. Yəni bizim üzərimizə düşən qlobal problemlərin həllinə Azərbaycan dövlətinin töhfə verməsidir. Bizim dövlətimiz də bunu bacardığından, hətta öz gücündən də artıq eləyib, eləməyə də davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31