Kiçik iqtisadiyyatların maliyyəyə çıxışı COP29 danışıqlarının mühüm elementidir - Con Podesta
11 Noyabr 2024 18:30 SiyasətKiçik iqtisadiyyatların maliyyəyə çıxışı COP29 danışıqlarının mühüm elementidir.
Bunu ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda COP29 çərçivəsində keçirilən brifinqdə Trend-in sualını cavablandırarkən deyib.
"Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) üçün dəstək səviyyəsi olan 100 milyard dollar və daha yuxarı məbləğin ayırmasını müzakirə etmək üçün çox vaxt sərf etdik. Lakin maliyyəyə çıxış imkanlarını yaxşılaşdırmaq üçün çox mühüm işlər görülməlidir", - deyə o bildirib.
C.Podesta qeyd edib ki, ABŞ beynəlxalq maliyyə qurumları, o cümlədən iqlim fondları ilə işləyir ki, öz proseslərini tənzimlədiklərinə, bu ölkələrin və bu iqtisadiyyatların bu vəsaitlərə çıxışını təmin etmək üçün lazımi yardım göstərmələrinə əmin olsunlar.
"Çox vaxt proses üçün dəstək əldə etmək mümkün olduqda belə, prosesin özü o qədər çətin olur ki, xüsusilə kiçik ölkələr ona daxil ola bilmirlər. Belə ki, bu, danışıqların kritik elementi olduğuna inandığımız bir şeydir və və ümid edirik ki, biz yeni NCQG-nin son versiyasını formalaşdırmağa çalışdıqca, bütün dünyada giriş birdəfəlik təmin ediləcək", - deyə o əlavə edib.