Azərbaycan-Anqola arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub
11 Noyabr 2024 16:45 SiyasətAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 11-də Anqola Respublikasının vitse-prezidenti Esperansa da Koşta ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un əhəmiyyəti vurğulandı.
Bildirilir ki, Azərbaycanın Afrika dövlətləri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına önəm verdiyi bildirildi.
Görüşdə Azərbaycan-Anqola ikitərəfli əməkdaşlığının qarşılıqlı maraq doğuran sahələrdə inkişaf etdirilməsi perspektivləri müzakirə olundu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31