Belarus Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdədir
11 Noyabr 2024 14:37 SiyasətBelarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Olaylar xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, ölkəmizin Belarusdakı səfiri Məhərrəm Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31