BMT-nin İnkişaf Proqramının administratoru Axim Ştayner Azərbaycanda səfərdədir

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Axim Ştayner noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Olaylar.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Xarici İşlər Nazirliyinin İdarə rəisi Məmməd Əhmədzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31