İstanbulun məşhur Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

İstanbulun məşhur tarixi abidəsi olan Qalata qülləsi 8 noyabr - Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu möhtəşəm işıqlandırma şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Qüllənin üzərində Azərbaycanın simvolu olan Xarıbülbül çiçəyinin təsviri ilə animasiya da nümayiş etdirilib.

Bu xüsusi işıqlandırma Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını bir daha vurğulamaq məqsədi daşıyır və Zəfər Gününün önəmini simvolizə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31