Zəfər bir qürur tarixidir - ÖZƏL

"8 Noyabr Zəfər tariximizin ən əhəmiyyətli və böyük bir dövr başlatmış günüdür".

Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

"Zəfərə gələn şəhidlik yolumuz böyük idi, zəfərdən sonra müstəqil Azərbaycanın tarixində böyük bir dövr başlayır və bu zəfər bütün Azərbaycan xalqı üçün bir qürur mənbəyidir, böyüməkdə olan gənc nəsil üçün tərbiyə nümunəsidir. Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması tarixidir. Gələcək nəsillər üçün bir qürur mənbəyidir. O mənada ki, həm bu zəfərin əldə olunması üçün canından keçmiş Azərbaycan oğlanlarının ruhunu yada salmaq üçün bir əsas olacaq, həm də bu zəfərin bizim dövlətçilik tarixinə nə qədər önəmli olan suverenlik və ərazi bütövlüyünü bəxş etdiyi həmişə yaddaşlarda yaşayacaq. 
Zəfər bir qürur tarixidir. Bu qürur tarixinin yazılmasında bizim vətəndaşlarımızın böyük əməyi olub, həyatları bahasına başa gəlib. Ona görə də, Zəfər Günü Azərbaycanın həm müstəqillik və suverenlik tarixi üçün qürur günüdür, həm də insanlarımızın keçmişini, tariximizi və bu gününü bir-birinə bağlayan müqəddəs bir tarixdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31