Şarl Mişel COP29-da iştirak edəcək
7 Noyabr 2024 15:48 SiyasətAvropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Olaylar.az xəbər verir ki, bunu açıqlamasında Avropa İttifaqı Şurasının prezidentinin mətbuat katibi Yekaterina Kazinqe deyib.
Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31