BRİCS-ə üzvlük Azərbaycana hansı prespektivlər vəd edir?
25 Oktyabr 2024 11:12 SiyasətAzərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq təşkilatlarla əməkdaşlığa üstünlük verir. Müsbət haldır ki, sözügedən əməkdaşlıq ikitərəfli və bərabərhüquqlu qaydada aparılır. Sözssüz ki, belə əməkdaşlıq beynəlxalq təşkilatlarda təmsil olunan dünyanın aparıcı dövlətləri ilə münasibətlərin yaranmasında mühüm rol oynayır. Elə ölkəmizin BRİCS-ə üzv ilmaq istəyinin kökündə də bu məqcəd dayanır. Məlumat üçün qeyd edək ki, BRİKS - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət ölkələr qrupudur. Təşkilat iştirakçılar arasında iqtisadi əməkdaşlığı və siyasi dialoqu təşviq etmək üçün yaradılıb. BRİKS-in əsas məqsədləri arasında ticarət əlaqələrinin inkişafı, davamlı inkişafın dəstəklənməsi və beynəlxalq maliyyə əməkdaşlığının təkmilləşdirilməsi daxildir. BRİKS ölkələri sürətlə inkişaf edən iqtisadiyyata malikdirlər və qlobal məsələlərə əhəmiyyətli təsir göstərirlər. Xüsusən üzv dövlətlər bu institut vasitəsilə davamlı iqtisadi inkişafın və təhlükəsizliklərinin təmin olunacağına inanırlar. Azərbaycanın da sözügedən təçkilata üzv olmaq istəyi təsadüfi deyil. Məlum olduğu kimi hazırda dünyada baş verən müharibələr iqtisadi tənəzzülə yol açır, üstəlik dövlətlərin təhlükəsizlik məslələri qeyri-müəyyən olaraq qalır. İqtisadi əməkdaşlıqdan kənarda qalan dövlətlərin təhlükəsizliyinin də şübhə altında olduğunu nəzərə alan ölkəmiz məhz BRİCS-də təmsil olunmaqla həm dayanıqlı istisadiyyat, həm də etibarlı təhlükəsizlik əldə etmiş olur. Nəzərə almaq lazımdır ki, indiyə qədər mövcud olmuş siyasi, iqtisadi, maliyyə və təhlükəsizliklə bağlı olmuş bir sıra beynəlxalq təşkilatlar artıq müasir dövrün çağırışlarına cavab vermirlər. Azərbaycan müstəqillik dövründə belə beynəlxalq təşkilatların alətə çevrilməsinin əyani şahidi olub. 30 il ərzində təcavüzə məruz qalmış ölkəmiz söz sahibi olan beynəlxalq təşkilatlardan heç bir müsbət yanaşma görmədi. Əksinə, hətta Azərbaycan-Ermənistan münaqişəsini dinc yolla nizama salmaq məqsədilə yaradılan ATƏT-in Minsk qrupu fəaliyyəti boyu ikili standart nümayiş etdirdi.
Dünyanın qlobal problemlərini nəzərə almaqla yaranan yeni institutlar isə yeni ideyalar, yeni yanaşmalar ortaya qoymaqdadır. Buna səbəb qlobal münaqişələr və müharibələr şəraitində ölkələrin bir-biri ilə yeni əməkdaşlıq formatı axtarmasıdır. Başqa sözlə, əvvəllər istifadə edilən qarşılıqlı fəaliyyət formatları artıq özünü dorultmur. Yeri gəlmişkən qeyd edək ki, dünyada unikal təklif və təşəbbüsləri ilə tanınan Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlarda islahatların aparılması zamanı yetişdiyini bəyan edib. Hazırda yeni əməkdaşlıq formalarının yaradılmasını təşviq edən təşkilatlardan biri də BRİKS-dir.
Xatırladaq ki, 32 ölkənin nümayəndəsi, 24 dövlət başçısının iştirak etdiyi BRİCS-in Kazan zirvə toplantısına Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb. Tədbirin gündəmindəki əsas məsələ BRİKS-in genişləndirilməsi olacaq. Eyd edək ki, Bakı bu ittifaqa üzv olmaq arzusunu ilk dəfə 2024-cü ilin iyulunda Astanada Azərbaycan və Çinin strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı bildirib. Bu bəyannamədə Azərbaycanın BRİKS-ə qoşulmaq niyyəti vurğulanır və Çin bu təşəbbüsə dəstəyini ifadə edib. Bu il avqustun 20-də isə Bakı BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib.
Maraqlıdır, BRİCS-ə üzv olmaq Azərbaycana nə vəd edir? Əvvala qeyd edək ki, BRİCS-də dünyanın aparıcı, güclü iqtisadiyyata malik, qlobal problemlərin həllində söz sahibi olan dövlətlər cəmləşib. Məhz bu baxımdan, Azərbaycan üçün bu təşkilat beynəlxalq əlaqələri genişləndirməsi və inkişaf etməkdə olan ölkələrlə iqtisadi əməkdaşlığı gücləndirməsi üçün bir fürsətdir. Zirvə toplantısının gündəliyində duran əsas məsələlərdən biri ticarət yolları boyunca hərəkəti asanlaşdırmaq üçün nəqliyyat infrastrukturunun inkişafıdır. Buraya üzv dövlətlər arasında tranzit fəaliyyətlərini dəstəkləyəcək avtomobil yolları, dəmir yolları və limanlara investisiyalar daxildir. Azərbaycanın Cənubi Qafqazda əsas loqistik mərkəzi və nəqliyyat-kommunikasiya imkanları ən geniş olan ölkədir. Azərbaycan, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Şimal-Cənub", "Şərq-Qərb" Beynəlxalq Nəqliyyat dəhlizlərinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz Şərqlə Qərb arasında qapı rolu oynamaqla yanaşı, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit mərkəzidir.
Təkcə onu qeyd etmək kifayətdir ki, Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə ölkəmizin ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq. Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında təməli qoyulan "Şimal-Cənub" dəhlizinin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Bütün bunlar ölkəmizin mühüm strateji mövqeyə malik olduğundan xəbər verir. Deməli, Azərbaycan həm də BRİCS-ə lazım olan əhəmiyyətli dir dövlətdir.
Nəzərdın qaçırmaq olmaz ki, Azərbaycanın Orta Dəhlizdə əsas rolu BRİCS dövlətlərinin məqsədlərinə uyğundur. Bu məsələ həm də Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar kontekstində xüsusilə aktualdır. Bu razılaşma nəticəsində Cənubi Qafqazda daha bir əsas marşrutun - Zəngəzur dəhlizinin işə salınması nəzərdə tutulur. Bu dəhliz Orta Dəhliz üzrə yükdaşımaların həcmini lazımi səviyyəyə çatdıracaq mühüm amilə çevrilməlidir.
Məlumdur ki, Avropa da daxil olmaqla bir sıra dövlətlərin enerju təhlükəsizliyinin təmin olunmasında üçün Azərbaycan müstəsna rol oynayır. BRİKS ölkələri, xüsusən də Çin və Hindistan enerji mənbələrini şaxələndirməyə çalışır və Azərbaycanı bu baxımdan dəyərli tərəfdaş hesab edir. BRİKS ölkələri ilə investisiya sahəsində də əməkdaşlıq Azərbaycan üçün vacibdir. Birbaşa xarici sərmayənin əsas mənbələri arasında İran, BƏƏ və Rusiya kimi BRİKS dövlətləri var ki, onların investisiyalarının ümumi həcmi təxminən yarım milyard dollara çatır. Üç BRİKS ölkəsinin - Rusiya, Çin və Hindistanın Azərbaycanın aparıcı ticarət tərəfdaşları olması ölkəmizə olan diqqəti önə çəkir. Ümumilikdə Azərbaycanın corafiyası və iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün məqbul sayılır ki, bu da ölkəmizə sərmayənin yatırılmasını zəruri edir. Heç şübhəsiz ki, BRİKCS-ö üzv ölkələr bu imkandan yararlanmaq istəyindədirlər. Qazanan isə həm Azərbaycan, həm də BRİCS üzvləri olacaq. Yeri gəlmişkən qeyd edək ki, BRICS-in iştirakçı dövlətlərinin başçıları Kazan sammitinin yekununa dair Bəyannamə qəbul ediblər. Sənəddə Azərbaycanın ev sahibliyi edəcəyi COP-29-a dəstək ifadə olunub.
Alim Hüseynli