Ermənistan vurulan ziyanı təzminat kimi Azərbaycana qaytarmalıdır - ÖZƏL

"Azərbaycanla Ermənistan arasında həlli açıq qalan, həll edilməyən birdən çox məsələ var".



Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Biz adətən sülh müqaviləsinin imzalanması önündə maneələrdən danışarkən daha çox delimitasiya, demarkasiya prosesi, həmçinin Ermənistan Konstitusiyasında Azərbaycan və ətraf ölkələrə ərazi iddiasını özündə ehtiva edən maddələrin dəyişdirilməsi məsələlərini qeyd edirik. Amma bir reallıq da var ki, Ermənistanın Azərbaycana verilməli olduğu bir təzminat var və bu təzminat kifayət qədər böyük bir məbləğdir. Ermənistan tərəfi hər nə qədər bunu qəbul etməsə də, 30 illik işğal, Birinci Qarabağ müharibəsində vurulan ziyan, həmçinin İkinci Qarabağ müharibəsi zamanı vurulan ziyan fakiki olaraq təzminat kimi Azərbaycana qaytarılmalı və təbii olaraq qalib ölkə hər zaman qarşı tərəfdən ziyanın təzmin etməsində qeyri-adi bir şey yoxdur, bu tamamilə beynəlxalq hüququn prinsip və normalarına uyğundur. İndiki məqamda Azərbaycan Ermənistandan iki halda daha çox təzminat ala bilər. Birincisi, təbii ki, bu maliyyə baxımındandır, yəni Azərbaycanın tələb etdiyi və hesabladığı rəqəmlər var ki, qeyd olunan rəqəmlər həcmində məbləği qaytarmalıdır. İndi Ermənistan bununla bağlı böyük ehtimalla pulun olmadığını deyəcəkdir. Amma bu zaman da Ermənistan havadarlarına müraciət edib, komissiya qurulub və Fransa, Amerika, Almaniya kimi ölkələr, hansı ki, onlar bu gün Ermənistana pulsuz silah verirlər, Ermənistanı silahlandırırlar, Ermənistana maliyyə resursları ayırırlar, yəqin ki, onun təzminatı üçün də pulu sevə-sevə ayıra bilərlər. Bu bizim problemimiz deyil. Ermənistan bu məsələdən yayınmamalıdır və bu məbləği qaytarmalıdır.
İkinci bir məsələ isə, əgər həqiqətən də pul yoxdur və havadarları da qaytarmaq istəmirsə, bu zaman ikinci söhbət beynəlxalq hüquqla tanınan ərazilərinin bir hissəsini Azərbaycana o məbləğ qarşılığında öz istəyi ilə verməsidir. Burada daha çox Zəngəzur dəhlizindən keçən kiçik hissə nəzərdə tutulur. Amma hesab edirəm ki, biz burada həm də Türkiyə ilə sərhədimizin böyüməsi üçün Iğdır tərəfindən ərazi ala bilərik. Yəni müqayisə üçün deyim ki, bunun tarixi örnəkləri var. Misal üçün, birinci dünya müharibəsindən sonra Şərqi Rusiya ərazisi Polşada qaldı. Ermənistanda bu varianta əl ata bilər. Bu iki variantdan birini Ermənistan qəbul etməlidir və bundan heç vaxt yayına bilməz. Yayınsa da müvafiq tədbirlər görə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31