Bəşəriyyət yeni təhlükə qarşısında

"Peycer silahlar"n kütləvi istehsalı terrorizmin geniş yayılmasına səbəb ola bilər

Sentyabrın 17-də Beyrut və Livanın bölgələrində peycerlərin irimiqyaslı partlaması baş verib. Məlumata görə, kiberhücum İsrail kəşfiyyatının agenti Mahşir Keşer tərəfindən həyata keçirilib. Xatırladaq ki, o, əvvəllər Hizbullahın logistika marşrutlarına yönəlmiş müxtəlif əməliyyatlar həyata keçirib. Partlayışlar nəticəsində 12 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb. Yaralılar arasında İran səfiri Moctaba Amani də var. Məlumata görə, onun həyatı təhlükədə deyil. Partlayışların birində Hizbullah millət vəkilinin oğlu da həlak olub. Məlumat üçün bildirək ki, peycer -şəxsi mesaj qəbuledicisidir. Mesajlar ona peyjinq şəbəkəsinin radio ötürücüsindən ötürülür. Peycerə mesaj və ya məktub göndərmək üçün adətən operatorun telefon nömrəsini yığmaq, abunəçinin nömrəsini və ya adını vermək və mesajı diktə etmək lazımdır. Qeyd edək ki, hərbi ekspertlər "peycer silahı"nı  yeni və daha təhlükəli silah kimi qiymətləndirirlər. Hətta sözügedən silahın əvvəllər mövcud olduğu, lakin ehtiyat variant kimi saxlandığı da iddia olunur. Silahın daha təhlükəli olması ondan ibarətdir ki, kiçik çəkili qurğu vasitəsi ilə böyük partayışlar törədilməsi mümkündür ki, nəticədə ölən və yaralananların miqyası kifayət qədər böyük, faciənin əhatə dairəsi daha geniş ola bilər. Əl-Cəzirə telekanalının Livan təhlükəsizlik güclərindəki mənbəyə istinadən yaydığı məlumata görə, parlayış zamanı hər bir qurğuda olan partlayıcının çəkisi 20 qramı keçməyib. Kanalın həmsöhbəti peycerlərin beş ay əvvəl idxal edildiyini açıqlayıb. Hazırda səlahiyyətlilər partlayıcının necə aktivləşdirildiyini araşdırır. Düzdür, hələ ki, sözügedən silahın necə hazırlanması, hansı qaydada istifadə olunması ilə bağlı tam təfərrütlar açıqlanmasa da ilkin versyalar silah barədə təsəvvür yaratmağa imkan verir. Yeri gəlmişkən qeyd edək ki, peycer qurğusu hələ mobil telefonların geniş yayılmadığı dönəmdə mesaj qəbuledicisi kimi istifadə edilib. Çoxsistemli mobil telefonlar dövrəyə buraxıldıqdan sonra peycer qurğuları öz əhəmiyyətini itirərək sıradan çıxıb. Odur ki, köhnə texnologiyadan yeni öldürücü silah növi kimi istifadə edilməsi bir qədər müəmmalı görünür. Sky News Arabia öz mənbəsinə istinadən xəbər verir ki, İsrail kəşfiyyat agentliyi partlayıcını peycer batareyalarına yerləşdirmiş ola bilər. Mənbənin sözlərinə görə, İsrail təhlükəsizlik qüvvələri uzaqdan batareyaların temperaturunu o qədər artıra biliblər ki, bu, partlayışlara səbəb olsun. Onu da qeyd edək ki, ümumiyyətlə, 2024-cü ildə peycerlər artıq o qədər geniş yayılmış texnologiya deyil, çünki onları mobil telefonlar demək olar ki, tam əvəz edib. Bununla belə, bəzi sahələrdə, xüsusilə səhiyyə və fövqəladə xidmətlər kimi xüsusi hallar üçün peycerlər hələ də istifadə olunur. Bu sahələrdə peycerlər etibarlı kommunikasiya vasitəsi olaraq qalır, çünki onlara mobil şəbəkə əhatə dairəsinin olmadığı yerlərdə belə güvənmək olur. Peycerlər əsasən ABŞ, Yaponiya və bəzi Avropa ölkələrində istehsal olunur. Bu cihazlar texnologiya bazarında öz rolunu qoruyub saxlayır, xüsusilə "Motorola" kimi texnologiya nəhəngləri peycer istehsalında önəmli mövqedədirlər. Digər əsas istehsalçılar arasında "Swissphone" və "Apollo" şirkətlərini də göstərmək olar.
Yeri gəlmişkən qeyd edək ki, "peycer silahı"ndan istifadə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Dövlət xadimləri və siyasi ekspertləri narahat edən məqam ondan ibarətdir ki, bu cür "silahlar"ın kütləvi istehsalının mümkünlüyü terrorizmi yeni səviyyəyə qaldıra bilər. Başqa sözlə, adi peycer ötürücü vasitəsilə nəinki strateji əhəmiyyətli hərbi obyektlərə, eləcə də istənilən şəxsə qarşı terror həyata keçirmək olar. Həmin şəxsin istənilən dövlətin ali rəhbərindən tutmuş adi vətəndaşına qədər olması mümkündür. Çünki, peycer silahının geniş yayılması heç şübhəsiz ki, adi məişət elektron  cihazlarından silah kimi istifadəni də gündəmə gətirmiş olur. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib ki, məişət elektron cihazlarının partlayıcı qurğu kimi istifadə edilməsi faktı müvafiq araşdırma tələb edir: "Bu cür "silahlar"ın kütləvi istehsalının mümkünlüyü terrorizmi yeni səviyyəyə qaldırır. Bu, bütün ölkələr üçün qlobal təhlükədir. Beynəlxalq qurumlar bu cür cinayətlərə qarşı tədbir hazırlamalıdır, əks halda heç bir insan özünü təhlükəsiz hiss edə bilməyəcək. Planlaşdırılan yüksək texnologiyalı hücum dünyada ciddi nəticələrə səbəb ola bilər. Livanda baş verənlər hərtərəfli araşdırılmalıdır".
 Daha təhlükəli məqam odur ki, belə silahlar uzaq məsafədən idarə olunduğundan mobil telefonlara ötürülən, eləcə də poçt vasitəsilə ünvaha göndərilən viruslardan daha təhlükəli ola bilər. Peycerlər adətən sadə və təhlükəsiz cihazlar hesab olunur, çünki onlar yalnız radio siqnalları qəbul etmək üçün nəzərdə tutulub və zəif batareya ilə işləyirlər. Lakin texnoloji cəhətdən "kənardan müdaxilə" mümkün olsa da, bunun üçün yüksək səviyyəli texniki bacarıq və kibertəhlükəsizlik nöqsanları üzərində iş aparılmalıdır. Müasir peycerlərin proqram təminatı manipulyasiya edilə bilər və ya güclü radio siqnalları vasitəsilə kiberhücumlar baş verə bilər. Bəzi hallarda bu cür cihazların elektron hissələri kənar müdaxilələr nəticəsində sıradan çıxa və təhlükəli hala gələ bilər. Elektron cihazların xüsusən elektromaqnit siqnallarından təsirlənməsi mümkünlüyü üzündən belə hallar baş verə bilər. Belə halda, sözügedən silahın istifadəsinə qadağa qoyulması məsələsi gündəmə gəlir ki, beynəlxalq təşkilatlar bu sahədə üzərlərinə düşən vəzifəni icra etməlidirlər. Beynəlxalq təşkilatlar təkcə "peycer silahı"nın istifadəsinə qadağa qoymaqla  öz işlərini bitmiş hesab etməməlidirlər. Həm də qəbul edilən qərarın icrasına nəzarət mexanizmini hazırlamalıdır. Əks halda, bəşəriyyət istifadəsinə qadağa qoyulmuş mina terrorunun yeni versiyası ilə üz-üzə qala bilər.   
Məlumat üçün qeyd edək ki, BMT Katibliyinin hesablamalarına görə hər il minadan 25 min nəfər ölür və ya şikəst olur. 100 milyondan artıq mina 64 dövlətin ərazisində torpağa basdınlmışdır. Onların təhlükəliliyi bir də ondadır ki, fəal hərbi əməliyyatlar başa çatdıqda belə onlar öz təhlükəliliyini uzun müddət saxlayır. Minaların, mina-tələlərin və digər qurğulann tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında  II Protokolun əsas mənası məhz bu təhlükəni minimuma endirməkdən ibarətdir. Protokol kombatantlann da bəzi növ mina tələlərdən mühafizəsini nəzərdə tutur. Eyni zamanda II Protokol BMT qüvvələrinin mühafizəsinə yönəlmiş bəzi normalan da özündə əks etdirir. Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən "öldürmək, xəsarət yetirmək üçün nəzərdə tutulmuş, quraşdırılmış və ya dəyişdirilmiş və insanın təhlükəsiz hesab etdiyi predmetə yaxınlaşması və ya toxunması və ya təhlüksiz hesab etdiyi hərəkəti yerinə yetirməsi nəticəsində işə düşən hər hansı qurğu və ya material" mina-tələ hesab olunur. 2-ci maddənin 3-cü bəndində nəzərdə tutulan digər qurğular-öldürmək, xəsarət yetirmək və ya ziyan vurmaq üçün nəzərdə tutulmuş, uzaq məsafədən idarə etmə vasitəsi ilə və ya müəyyən müddət keçəndən sonra avtomatik işə düşən əldə düzəldilən döyüş sursatı və qurğular hesab olunur. 3-cü maddədə üç halda mina, mina-tələ və başqa qurğulardan istifadə edilməsi qadağan olunur. Mülki əhali və ayrı-ayrı mülki şəxslərə qarşı hücum, müdafiə və repressali qaydasında istifadə etmək qadağandır. 4-cü və 5-ci maddələrdə mülki əhalinin mühafizəsinə yönəldilmiş xüsusi müddəalar nəzərdə tutulmuşdur. Belə ki, quru qoşunları arasında döyüş əməliyyatlan getməyən və ya bu cür əməliyyatların planlaşdırılmayan hər hansı şəhər, qəsəbə, kənd və ya mülki əhalinin toplaşdığı digər rayonda mina, mina-tələ və başqa qurğuların istifadə olunması qadağan olunur. Lakin buna baxmayaraq, terorçu dövlət olan Ermənistan beynəlxalq qanunları ayaq altına ataraq 30 il işğal altında saxladığı Azərbaycan ərazilərində basdırılan silahların xəritəsini hələ də verməyib. Beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq üçün saxta xəritə təqdim edilib ki, onun da yalnız 25 faizi özünü doğruldur. Məhz belə halların qarşısını almaqdan ötrü istifadəsi qadağan olunmuş silahların dövriyyəyə buraxılmaması üçün təminatlı nəzarət mexanizmi yaradılmalıdır. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31