Peycer nədir və necə partladıla bilər? - AÇIQLAMA

Son günlər peycer anlayışı aktual mövzulardan biri olub. İnsanların çoxu isə peycerin nə olduğundan məlumatsızdır. 

Bəs peycer nədir və necə partladıla bilər?

Olaylar.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, peycer, əsasən, təhlükəsizlik və təcili vəziyyətlərdə istifadə olunan simsiz rabitə cihazıdır.

"Peycerlərin internet və GPS bağlantısı olmadığından telefonlara nisbətən daha təhlükəsiz hesab olunur. VHF (Very High Frequency) və UHF (Ultra High Frequency) bağlantılarından istifadə edir. Əksər peycerlər sadəcə tək tərəfli kommunikasiyanı dəstəkləyir, yəni sadəcə mesajla əmr ala bilirsən. Peycerlər vaxtilə şəhər daxili polis, səhiyyə işçiləri arasında sürətli əlaqə üçün istifadə edilirdi".

Fərid Pərdəşünas qeyd edib ki, peycerlər radio dalğalardan istifadə edərək məlumat ötürən sadə mesajlaşma cihazıdır. 

"Peycerləri partlatmaq üçün sözsüz ki, onun batareyasından istifadə etmək lazımdır. Əksər peycerlərdə litium-ion batareyalarından istifadə edilir. Bu batareyaları dalğalarla qızdırıb partlatmaq üçün onlar tam dolu olmalıdır. Bu qədər peycerin də dolu olma ehtimalı çox azdır. Bu səbəbdən partlayışa əsas şübhə peycerlərin istehsalında onların daxilinə yerləşdirilmiş balaca partlayıcı kartların olmasıdır. Bu isə uzaqdan işə salına bilən kartlar olub. Ən ağıla batan ehtimal budur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31