Azərbaycan üçün iqtisadi əməkdaşlıq prioritet hesab olunur- ÖZƏL
10 Sentyabr 2024 12:29 Siyasət"Son illər ərzində İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "İtaliya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin 95 faizi Azərbaycanın payına düşür. Dövlətimiz daim İtaliya ilə iqtisadi əlaqələrə böyük diqqət yetirir, əməkdaşlığın inkişafında və güclənməsində maraqlıdır. Bütün bunlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan üçün iqtisadi əməkdaşlıq, qarşılıqlı faydalı ticari münasibətlərin qurulması əsas istiqamətlərdən sayılır. Ən əsası, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı Cənubi Qafqazda və Avropada sülhə, iqtisadi inkişafa və enerji təhlükəsizliyinə böyük töhfə verir".
Alim Hüseynli
Olaylar.az