Enerji layihələri İtaliyanın enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət kəsb edir- ÖZƏL
10 Sentyabr 2024 12:17 Siyasət"Azərbaycan və İtaliya arasında yüksək səviyyəli dövlət səfərləri bu əlaqələrin inkişafına böyük təkan vermişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib: "2018-ci ildə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı İtaliya və Azərbaycanın müxtəlif sahələrdə tərəfdaşlığı genişləndirmək üçün əsaslı niyyətləri olduğunu təsdiqləyən sənədlər imzalanmışdır. İmzalanan sənədlər arasında iqtisadi əlaqələrin inkişafı, enerji layihələrinin dəstəklənməsi, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, turizmin təşviqi və hərbi sahədə əməkdaşlıq üzrə mühüm sazişlər var.
Xüsusilə, enerji sahəsində imzalanan müqavilələr Azərbaycan qazının Avropaya çatdırılmasında əhəmiyyətli rol oynayan TAP (Trans-Adriatik Boru Kəməri) layihəsini irəli sürmüşdür. Bu enerji layihəsi həm İtaliyanın, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət kəsb etməkdədir".
Alim Hüseynli
Olaylar.az