İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır- ÖZƏL
10 Sentyabr 2024 11:14 Siyasət"İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilovun sözlərinə görə, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: "Cənub Qaz Dəhlizinin 4 seqmentindən biri olan Trans-Adriatik Boru Kəməri Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Humanitar və mədəni əlaqələr, eyni zamanda, İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti vacib faktorlardır. Bütün bu amillər Azərbaycanın regionda artan gücündən və nüfuzundan xəbər verir.
Prezident İlham Əliyevin "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxışı Azərbaycanın etibarlı tərəfdaş statusunun, eləcə də regionun aparıcı aktoru olmasının əyani təzahürüdür. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir".
Alim Hüseynli
Olaylar.az