Azərbaycan və İtaliya arasında imzalanan sənədlər əməkdaşlığı daha da genişləndirəcək- ÖZƏL
10 Sentyabr 2024 10:38 Siyasət"Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 28 sənəd imzalanmış, nəticədə ölkələrarası siyasi-iqtisadi, mədəni, enerji və müdafiə sahələrində əməkdaşlıq daha da dərinləşmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyafət Əsgrov deyib: "2020-ci ildə Azərbaycan və İtaliya arasında imzalanan sənədlər arasında mədəni irsin qorunması, iki ölkə arasında incəsənət və musiqi tədbirlərinin təşviqi üzrə sazişlər yer almışdır. Beləliklə, həm İtaliyada, həm də Azərbaycanda müxtəlif sərgilərin, konsertlərin və digər mədəni tədbirlərin təşkilinə imkan yaranmışdır.
2022-ci ildə Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak etmişdir. Müzakirə edilən ən aktual mövzulardan birinin enerji təhlükəsizliyi məsələsi oluğu Forumun plenar iclasında dövlətimizin başçısı "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış etmışdir. Bu baxımdan Forum ölkəmizin enerji təhlükəsizliyi sahəsində mövqeyini, imkanlarını, bu günə kimi görülmüş işləri və gələcək planları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün olduqca mühüm platforma rolunu oynamışdır".
Alim Hüseynli
Olaylar.az