İtaliya ölkəmizin Avropa regionunda ticarət dövriyyəsi baxımından birinci yeri tutur- ÖZƏL
9 Sentyabr 2024 14:18 Siyasət"Prezident İlham Əliyevin İtaliyaya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə səslənən tezislər iki ölkə əlaqələrinin gündən-günə inkişaf etdiyinə, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın günün tələblərinə tam şəkildə cavab verdiyinə əminlik yaradır. Xüsusilə sənaye, energetika sahələrində işbirliyinin genişləndirilməsi qarşıda yeni üfüqlər açır".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib:
"Artıq uzun illərdir ki, İtaliya ölkəmizin Avropa regionunda ticarət dövriyyəsi baxımından birinci yeri tutur. İki dövlət qeyri-xammal sektorunda da ticari-iqtisadi əməkdaşlığı dinamik inkişaf etdirir. Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumundakı çıxışında bildirdiyi kimi, 10 il əvvəl qəbul edilmiş müvafiq Bəyannamə uzun illər ərzində Azərbaycanın və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyətinə əsas yaradır: "Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir".
Alim Hüseynli
Olaylar.az