Bu gün Azərbaycan etibarlı tərəfdaş, güvənilir ölkədir- ÖZƏL
9 Sentyabr 2024 12:08 Siyasət"Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində çox vacib halına gəlibdir. Azərbaycanın mövqelərinin hər keçən gün güclənməsi bizə yeni dividentlər bəxş edir. Faktiki olaraq bu gün Azərbaycan hətta özünün üzv olmadığı təşkilatlara belə fəxri qonaq qismində dəvət edilən bir ölkədir".
.jpg)
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Dünyanın hər bir yerində Azərbaycanın sözünə, Azərbaycan liderinə, Azərbaycanın adı olan proseslərə və layihələrə böyük maraq var. Əlbəttə ki, ölkəmizin öz mövqelərini bu qədər inkişaf etdirməsi müəyyən dairələrdə narahatlıq yaradır və bu narahatlığa görə də ölkəmizə qarşı haqsız linç kampaniyaları həyata keçirməyə çalışırlar. Təkcə bir il ərzində cənab Prezident İlham Əliyevin müxtəlif regionlara və dünyanın ayrı coğrafiyalarına ardıcıl səfərləri gerçəkləşib ki, bu səfərlər də Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin nə qədər artdığını və inkişaf etdiyini növbəti dəfə sübut edib. Bu gün Azərbaycan etibarlı tərəfdaş, güvənilir ölkə, siyasi qərarları ardıcıl və rasional olan, beynəlxalq siyasi konyukturanı və qaydaları yaxşı bilən İlham Əliyev kimi prezidenti olan bir ölkədir. Təbii ki, bütün bunlar beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Bunun nəticəsində bu gün Azərbaycan dünyanı narahat edən önəmli, qlobal proseslərdə öncül sıraların əvvəlində gəlir".
Zeynəb Rzayeva