Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Orxan Aslanovu "Paris-2024" Yay Paralimpiya Oyunlarında növbəti uğuru - qızıl medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım edib.

Olaylar paylaşımı təqdim edir:

"Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! "Paris-2024" Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!".

Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib (FOTO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31