Azərbaycan qlobal oyunçu kimi iqlim probleminin həllində də öz töhfəsini verəcək- ÖZƏL
6 Sentyabr 2024 13:11 Siyasət"Azərbaycanın gələcək inkişaf strategiyası və yürütdüyü xarici siyasətin əsas prioritetini dünyada sülhün, sabitliyin, qlobal təhlükəsiz arxitekturalarının təmin olunması və dünya ölkələri ilə sıx əməkdşalığın təmin olunması təşkil edir". Bunu Olaylar-a siyasi təhlilçi Mürtəza Bünyadlı deyib: "Azərbaycan bunu artıq əməli fəaliyyətində sübut edib və etməkdədir. Azərbaycan müstəqilliyinin bərpasının ilk illərində özünün üzləşdiyi çətinliklərə baxmayaraq, yerləşdiyi coğrafiyanın imkanlarından faydalanaraq qlobal məsələlərin həlində aktiv iştirakçı olub. Şəqrlə Qəbrin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan ötən əsrin sonlarından etibarən Avropanın enerji təhlükəsizliyi arxitekturasının etibarlı şəkildə təmin olunmasında xüsusi rol oynayıb və bu gün də həmin siyasət davam eməkdədir.
Azərbaycan təkcə enerji resurslarının diversifakasiyasında xüsusi rol oynamaqla qlobal təhlükəsizlik sisteminin təmin olunmasına öz töhfəsini verməyib, bununla paralel olaraq Şərq-Qərb, Şimal-Cənub arasında ciddi loggistik bir kommunikasiya mərkəzinə çevrilməklə regionlararası əməkdaşlığın inkişafında ciddi aktor rolunu oynamaqdadır.
Azərbaycan güclənib qüdrətləndikcə, beynəlxalq münasibətlər sistemində ciddi oyunçu qismində qəbul olunduqca daha qlobal problemlərin həllinə öz töhfəsini verməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan hazırda dünyanın üzləşdiyi qlobal iqlim dəyişikliiynə qarşı mübarizədə aktiv iştirakçı ölkələrdən biridir. COP29-un Bakıda keçirilməsi də bunun bariz nümunəsidir.
Azərbaycan fəaliyyətini təkcə COP29 Zirvə toplantısını keçirməklə yekunlaşdırmaq niyyətində deyil, enerji təhlükəsizliyi, logistika sahəsində olduğu kimi, dünyanın üzləşdiyi qlobal iqlim dəyişikliyi sahəsində üzləşdiyi bu ciddi problemin həllində ciddi rol oynamaq missiyasını üzərinə götürüb. Bu məqsədlə də Azərbaycan Qlobal Şimalla Qlobal Cənub arasında vasitəçi olmaq niyyətindədir. COP29 çərçivəsində Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) start verilməsi də bu istiqamətdə nəzərdə tutulan genişmiqyaslı hədəflərə xidmət edən missiyanın tərkib hissəsidir. BTP-nin məqsədi Tərəflər arasında inam və etimad yaratmaqla yanaşı, həm də inkişaf etməkdə olan ölkələrə İki illik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması və yekunlaşdırılmasında dəstək göstərməkdir. Bundan əlavə, sözügedən platformanın hədəfi Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) universal iştirakı təşviq etmək və şəffaflıq gündəliyini COP29-dan sonra da davam etdirməkdir. Bakı Qlobal İqlim Şəffaflığı Platforması inkişaf etməkdə olan ölkələrə İki illik Şəffaflıq Hesabatlarının hazırlanması və təqdim edilməsində kömək göstərmək üçün həm Konvensiya Tərəflərini, həm də maraqlı tərəfləri bir araya gətirəcək. Konvensiya Tərəflərinin tətbiq etdikləri Genişləndirilmiş Şəffaflıq Çərçivəsi (ETF) fonunda İkiillik Şəffaflıq Hesabatları (BTR) cari ildə şəffaflığın inkişafı baxımından mühüm rol oynayacaq. Belə ki, bu platforma sayəsində dünya ictimaiyyəti görülən işlərin gedişatını daha yaxşı izləyərək etimad yarada biləcək və iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üçün əlavə fəaliyyət və investisiya tələb edən sahələri müəyyən edəcəkdir. Düzdür, birinci mərhələdə əsas məqsəd BTP-lərin 2024-cü ildə təqdim olunmasını təmin etmək olsa da, ikinci mərhələdə isə platforma ETF-in icrası və bu layihədə universal iştirak üçün məqsədyönlü dəstək göstərməklə yanaşı, tərəflərin sonrakı dövrdə həyata keçirdikləri işlərin dinamikasını izləməyə davam edəcək.
Qlobal Şimalla Qlobal Cənub arasında vasitəçi rolu oynamaqmissiyasını üzərinə götürən Azərbaycan COP29 Sədrliyi çərçivəsində qarşıdan gələn aylarda Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya, Afrika, Asiya-Sakit okean, Latın Amerikası və Karib hövzəsi ölkələrində şəffaflıq üzrə regional seminarlar keçirməyi nəzərdə tutur. Bunun davamı olaraq BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində həm BTP tərəfdaşlarının, həm də UNFCCC Katibliyinin dəstəyi ilə Qlobal Şəffaflıq Dialoqunu təşkil edəcəkdir. Bir bir daha Azərbaycanın qlobal məsələlərin həllindəki ciddi aktor olduğunu sübut edən amildir. Azərbaycanın bu rolu beynəlxalq aləm tərəfindən də dəstəklənir və təqdir olunur. BMT-nin İqlim Dəyişikliyi üzrə Cenevrə Konvensiyasının icraçı katibi Simon Stiellin Azərbaycanın təşəbbüsü ilə yaradılan İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının yaradılmasını alqışlaması bunun baruz nümunəsidir.
BTP dünyada iqlim şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlarda şəffaflığın təmin olunması üçün qlobal cəmiyyəti bir araya gətirilməsinə ciddi təhfəsini verəcək".
Alim Hüseynli
Olaylar.az