MSK 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərdi
5 Sentyabr 2024 18:50 SiyasətBu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Iclasda sentyabrın 1də keçirilmiş parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş müraciələrə baxılıb.
İclasda 2 müraciətə baxılıb. Müzakirələrdən sonra müraciətlər baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.