Qalib, bütövləşən Azərbaycan yeni hədəflərə doğru addımlayır- ÖZƏL
5 Sentyabr 2024 13:56 Siyasət"Reallıq budur ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsası oldu. Yaradılan möhkəm təməl son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın, Yeni Azərbaycan Partiyasının davamlı uğurlarını şərtləndirir". "Olaylar" xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "Tarixi Zəfərə imza atan Azərbaycan ötən il suverenliyini tam bərpa etməklə yeni dövrə qədəm qoyub. Cənab İlham Əliyev belə bir çağırışı etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Bu gün qalib, bütövləşən Azərbaycan yeni hədəflərə doğru addımlayır. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə qayıdışı ilə başlanan inkişaf, tərəqqi yolu Azərbaycanın hər gününü tarixinə uğur səhifəsi kimi yazır. Qarşıdakı illərdə ölkəmizi daha möhtəşəm uğurlar, Zəfərlər gözləyir".
Alim Hüseynli
Olaylar.az