Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib
4 Sentyabr 2024 21:18 SiyasətBirinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycanın paraüzgüçüsü Raman Saleyin Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
Olaylar paylaşımı təqdim edir:
"Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31