Heydər Əliyev yaddaşlarda fədakarlıq simvolu kimi əbədi yaşayacaq- ÖZƏL
4 Sentyabr 2024 14:54 Siyasət"Ulu öndər Heydər Əliyevin portretini tamamlayan ştrixlərdən biri də onun müqayisəyəgəlməz cəsarətidir". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov deyib: "Heydər Əliyev yaddaşlarda fədakarlıq simvolu kimi əbədi yaşayacaq. Bu dahi şəxsiyyətin timsalında müdrikliklə cəsarət, fədakarlıq müqayisəyəgəlməz bir harmoniya yaradırdı. Belə demək mümkündürsə, Heydər Əliyevin uzaqgörənliyi Onun cəsarətini, fədakarlığı isə müdrikliyini tamamlayırdı. Onun həyatı cəsarət nümunələri - ən kritik məqamlarda belə gözləmə mövqeyi tutmadan xalq, Vətən üçün zəruri olan addımları atması, taleyüklü qərarlar qəbul etməsi kimi faktlarla zəngindir. Prezident İlham Əliyev Ulu Öndərin həlledici anlarda böyük liderlik göstərərək xalqımızı xilas etməsi haqqında danışarkən demişdir: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur".1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunu həyata keçirərkən iqtisadi sahədə aparılan islahatların modern siyasi islahatlarla tamamlanmasına böyük diqqət yetirmiş, bu istiqamətdə ən düzgün uzlaşmanı təmin etmişdir. Prezident İlham Əliyevin yeni islahatlar strategiyası da bu mənada bir çox ölkə üçün mütərəqqi nümunə təşkil edir. Bu dövr Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, siyasi sistemin subyektləri arasında dialoq mühitinin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması istiqamətlərində, ictimai və sosial xidmətlər sahəsində inqilabi nəticələrlə müşayiət olunan çoxşaxəli islahatlar həyata keçirilmişdir.1993-2003-cü illərdə Heydər Əliyevin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti quruldu, müstəqilliyin əbədiliyi və dönməzliyi təmin olundu, ölkəmiz dünya məkanında layiqli yeri tutdu. Bu gün də Azərbaycanda demokratiyanin inkişafı və insan hüquqlarının qorunması, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması, nəhəng transmilli layihələrin gerçəkləşdirilməsi, bir sözlə, xalqın rifahının yüksəldilməsini hədəfləyən fəaliyyət sahəsindəki bütün uğurların kökü məhz Heydər Əliyevin ideyalarından qaynaqlanır".
Alim Hüseynli
Olaylar.az