Düşmən üzərində qazandığımız zəfər tariximizin şanlı səhifəsidir- ÖZƏL

"2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər dövlətçilik tariximizdə ən böyük qələbələrdən biri və birincisidir". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov deyib: "Bu qələbə sayəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etmiş, ölkəmizin qarşısında dayanan əsas problemi öz gücü, qüdrəti hesabına həll etmişdir. Həm döyüş meydanında, həm də diplomatiya cəbhəsində düşmən üzərində qazandığımız zəfərlər qürur mənbəyi, tariximizin şanlı səhifəsidir".

Alim Hüseynli
Olayla.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31