Azərbaycan bu gün sabitlik diyarına çevrilib- ÖZƏL
4 Sentyabr 2024 12:11 Siyasət"Azərbaycanın bu gün beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanınması və qəbul olunması, son illərdə iqtisadi artımın sürətinə görə dünyada birinciliyi ələ alması təbii ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətin hazırda Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev deyib: "Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ulu Öndərin yeni neft strategiyası, iri enerji layihələrinin uğurla reallaşması və işə düşməsi, dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da əbədi olmasına, dövlətçiliyimizin isə daha da qüdrətlənməsinə xidmət edir. Azərbaycanın müstəqil daxili və xarici siyasəti ölkəmizi təkcə regionda deyil, həmdə beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanıdır. Şübhəsiz ki, bugünki bütöv və müstəqil Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır. Ata vəsiyyətini böyük bir qətiyyətlə yerinə yetirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan günü-gündən daha da güclənir və daha böyük uğurlara doğru əmin addımlarla irəliləyir".
Alim Hüseynli
Olaylar.az