Oqtay Qasımov: Azərbaycanın Qərbi Azərbaycanla bağlı mövqeyi bundan ibarətdir... -ÖZƏL
4 Sentyabr 2024 11:42 Siyasət"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə əngəl olan bir çox məsələlər var. Eyni zamanda, tərəflər arasında razılaşmanın əldə edilməsinə əngəl törədən amillər arasında konstitusiya dəyişiklikləri ilə yanaşı, eyni zamanda vaxtilə bu ərazilərdə yaşamış insanların geri qayıtması ilə bağlı olan məsələdir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Belə ki, hal-hazırda bir çox beynəlxalq təşkilatlar və dövlətlər vaxtilə Qarabağda yaşamış və könüllü olaraq əraziləri tərk etmiş, Azərbaycan vətəndaşlığını qəbul etməmək səbəbindən buranı tərk etmiş insanların geriqayıdışı ilə bağlı məsələni gündəmə gətirdikləri halda Qərbi Azərbaycanlıların məsələsini sonrakı mərhələyə saxlayır, yaxud onu görməzdən gəlməyə cəhd edirlər. Amma Azərbaycanın mövqeyi bəllidir. Belə ki, Azərbaycan hesab edir ki, Qarabağdan getmiş şəxslərin geri qayıtması ilə bağlı portal yaradıla və Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər geri qayıda bilərlər. O şəxslər ki, onlar cinayətlərdə iştirak etməyiblər və Qarabağda doğulublar. Eyni zamanda paralel olaraq Azərbaycanın mövqeyi ondan ibarətdir ki, proses paralel getməlidir. 1988-1991-ci illərdə Ermənistan ərazisindən qovulmuş 250 mindən artıq soydaşımızın geri qayıtması məsələsi də paralel olaraq aparılmalıdır və onların Ermənistana təhlükəsiz və ləyaqətli qayıdışı təmin olunmalıdır. Yəni, Azərbaycanın Qərbi Azərbaycanla bağlı mövqeyi bundan ibarətdir".
Zeynəb Rzayeva