Heydər Əliyevin şah əsəri olan Azərbaycan etibarlı əllərdədir- ÖZƏL

"Ölkəmizin iqtisadi cəhətdən gücləndirilməsi, onun beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artması, Naxçıvandan başlanan ordu quruculuğu prosesinin Azərbaycan miqyasında davam etdirilməsi 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsinə yol açan Vətən müharibəsinin böyük Qələbə ilə başa çatmasına imkan verdi. Bu, müstəqil ölkəmizin hərtərəfli inkişafının, gücünün, qüdrətinin müqayisəsiz göstəricisidir". Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının fəalı Natiq Mahmudov deyib: "Ötən 20 ildən artıq dövr ərzində möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur göstərir ki, Heydər Əliyevin şah əsəri və əmanəti olan Azərbaycan həm etibarlı əllərdə, həm də dinamik yüksəliş yolundadır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızın işğaldan azad olunmasını və ərazi bütövlüyümüzün bərpasını təmin edən cənab Prezident İlham Əliyev bununla həm də Ulu Öndər Heydər Əliyevin arzularını və vəsiyyətini layiqincə yerinə yetirdi".
Alim Hüseynli 
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31