Heydər Əliyevin Naxçıvana gəlişi ilə bölgənin siyasi həyatı yeni mərhələyə qədəm qoydu- ÖZƏL

"1990-cı illərin əvvəlləri SSRİ-nin süqutu və müstəqillik uğrunda mübarizə Azərbaycanın siyasi mənzərəsində mühüm dəyişikliklərə səbəb olmuşdur. Belə ki, ölkənin inkişafı və milli kimliyinin qorunması üçün böyük əhəmiyyət kəsb edən bir Lider olan Ulu Öndər Heydər Əliyev, siyasi fəaliyyətə yenidən qayıtmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib: "Bu dövrdə Ulu Öndər Naxçıvana gedərək burada Azərbaycanın siyasi və iqtisadi vəziyyətinin sabitləşməsi üçün fəaliyyətə başlamışdır. Ümumilli Liderimizin  böyük siyasətə qayıdış dövrü hesab edilən bu dövr, nəinki  Naxçıvan , həm də bütün Azərbaycan üçün həlledici olmuşdur.
Heydər Əliyevin Naxçıvana gəlişi ilə bölgənin siyasi həyatı yeni mərhələyə qədəm qoydu. 1990-cı ilin  17 noyabr tarixində  Naxçıvan Ali Məclisinin ilk sessiyasında  deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan  parlamenti öz fəaliyyətinə başlamışdır. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Ali Məclisinin fəaliyyəti, Azərbaycanın suverenliyini qorumağa hesablanmış və Naxçıvanın iqtisadi, sosial və mədəni sahələrdə inkişafını təmin etmək məqsədini hədəfləmişdir. Həmçinin, bu dövrdə Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində Naxçıvan özünü müdafiə edə bilən bir bölgə kimi formalaşmağa da başlamışdır".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31