Tural İsmayılov: Ermənistan hakimiyyəti sülhə daha sadiq mövqe nümayiş etdirməlidir- ÖZƏL
3 Sentyabr 2024 12:54 Siyasət"Bu gün Şahramanyan başda olmaqla erməni separatçılarının Azərbaycan əleyhinə növbəti sayıqlamalarına şahidlik edirik".
.jpg)
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Əlbəttə, bütün həyatları erməni gəncliyinin başını pozmağa, Azərbaycana qarşı separatçı iddialara köklənmiş Ermənistandakı Şahramanyan və onun ətrafındakı bir qrup terrorçu tör-töküntünün bu gün hansısa sayıqlamalar etməyinin heç bir dəyəri və əhəmiyyəti yoxdur. Azərbaycan öz ərazilərini işğaldan tam azad edib və bütün ərazilərimizdə suverenliyimiz bərpa edilibdir. Lakin Ermənistan hakimiyyəti bu gün saxtakarcasına sülhdən danışsa da təəssüflər olsun ki, Şahramanyan və digərlərinə şərait yaradır və vəziyyətin daha da gərginləşməsinə çalışır. Bu baxımdan da Ermənistan hakimiyyəti daha ehtiyatlı, daha dəqiq, sülhə daha sadiq mövqe nümayiş etdirməlidir ki, dövlətlərarası münasibətlər bundan sonra daha da inkişaf etmiş vəziyyətdə olsun".
Zeynəb Rzayeva