Ulu öndər milli ideologiya məsələsinə xüsusi önəm verirdi- ÖZƏL
3 Sentyabr 2024 12:48 Siyasət"Ulu öndər Heydər Əliyev milli ideoloji məsələlərin önə çəkilməsinə xüsusi əhəmiyyət verirdi".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib:
"Elə buna görə də o, bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinin siyasi və hüquqi əsaslarla Azərbaycan xalqına qarşı yönəlmiş cinayət olduğu barədə qərar qəbul edildi. Bununla yanaşı, Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisinin qərarı ilə "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəyliyi və Birlik Günü" kimi qəbul edildi. Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş bu qərar dünya azərbaycanlılarının birliyi ideyasının formalaşdırılmasında və milli həmrəyliyin gücləndirilməsində mühüm rol oynayaraq, dünya azərbaycanlılarını bir araya gətirən tarixi bir hadisə kimi qeyd olundu".
Alim Hüseynli
Olaylar.az