Paşinyan regional vəziyyəti manipulyasiya etməklə məşğuldur - ÖZƏL
2 Sentyabr 2024 16:51 Siyasət"Ermənistan baş naziri Nikol Paşinyanın sonuncu açıqlamaları bir çox baxımdan diqqət çəkir".

Olaylar.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.
"Təəssüf ki, sülh prosesinin davam etdiyi bir zamanda sərgilənən bu tipli yanaşmalar və verilən belə açıqlamalar şübhəsiz ki, prosesin seyrini ləngidə bilər. Həmçinin, Azərbaycan tərəfinin də məsələ ilə bağlı daha sərt addımlar atmasına gətirib çıxara bilər. Paşinyan reallıqları təhrif edir və regional vəziyyəti bir növ manipulyasiya etməklə məşğuldur. Bunda təbii ki, Qərbin də Paşinyanı doldurması, onu gərginliyə sövq etməsi qeyd edilməli olan məsələdir. Yəni Paşinyanın güvənəcəyi bir şəxs olmasa, güvənəcəyi nəyisə olmasa, hər halda belə addımlar atmaz. Çünki reallıq ondan ibarətdir ki, bu gün Ermənistan-Azərbaycan arasında ehtimal bir gərginlik olsa, güc balansı rəsmi Bakının xeyrinədir, Paşinyan da bunun fərqindədir. Ona görə də hesab edirəm ki, bu tipli cəsarətli addımlar və dediyi sözlər məhz onun güvəndiyi güclərlə bağlıdır.
Təbii ki, burada da biz son zamanlar regiona gələn xarici qüvvələri nəzərə ala bilərik. Onsuz da Ermənistanda Avropa İttifaqının dırnaqarası sülməramlı missiyası var idi. Daha sonra fransız jandarmalar bölgəyə gəldi və son olaraq Zvarnovsda Amerika xüsusi təyinatlıları da yerləşdirildi. Yəni bunlar hamısı əslində Ermənistanı cəsarətləndirən başlıca faktorlardır və Paşinyanın əslində çıxışlarında artıq daha "cəsarətli" fikirlər söyləməsi də məhz bununla bağlıdır".