Vüqar Əhmədov: Azərbaycan peşəkar seçkilər keçirmək üzrə kifayət qədər püxtələşib- ÖZƏL
2 Sentyabr 2024 14:45 Siyasət"Azərbaycan peşəkar seçkilər keçirmək üzrə artıq kifayət qədər püxtələşib, ölkənin beynəlxalq standartlara uyğun seçki keçirmə təcrübəsi var, seçkilər azad, demokratik və şəffaf keçirildi. Yeni, digər sahələrdə yüksək peşəkarlığı olan, özünü ilk dəfə siyasət meydanında sınayan namizədlərə də rast gəldik, hansılar ki, qalıb oldular".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"Təcrübə göstərir ki, seçicilərin tanınmış simalarla yanaşı yeni simalara da ehtiyacı var. Bu mənada ümumilikdə seçki prosesi, kampaniya dövrü və səsvermə günü rəqabətli keçdi, cəmiyyətdə daha çox nüfuz sahibi olan şəxslər parlamentdə yer aldı. Azərbaycanın seçki qanunvericiliyi, beynəlxalq və yerli müşahidə prosesi, media ilə iş sahəsində qazanılmış bir təcrübəsi var və bunu ölkəmizə gələn əksər ekspertlər də qeyd edir. Seçki komissiyaları və məntəqələrdə iş kifayət qədər peşəkar təşkil olunmuş, səsvermə prosesində tam sərbəstlik təmin edilmişdi. İstənilən seçki hadisəsi dövlətimiz üçün xeyirlidir çünki burada vətəndaşla aktiv ünsiyyət qurulur, vətəndaşlar dolayı yolla siyasi prosesə cəlb olunur".