Marko Curiç: "Serbiya COP29-da çox aktiv şəkildə iştirak edəcək"
2 Sentyabr 2024 14:40 SiyasətSerbiya COP29-da çox aktiv şəkildə iştirak edəcək.
Olaylar.az xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanla Serbiya arasında münasibətlərin qurulmasından 20 ildən çox vaxt keçib:
"Bakıda apardığımız müzakirələr çox faydalı olub. İldən-ilə əməkdaşlıq genişlənir və bu il rekord səviyyədədir. Ancaq biz əməkdaşlığımızı daha da artırmaq niyyətindəyik. İnsanlar arasında da əlaqənin artması üçün iqtisadiyyatımız inkişaf etməlidir. Azərbaycan COP29-a ev sahibliyi edəcək. Buna görə təbrik edirəm. Hazırda iqlimlə bağlı təşəbbüslərin həyata keçirilməsi çox önəmlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31