Tural İsmayılov: Bu seçkilər yüksək şəkildə həyata keçirildi- ÖZƏL

"Xankəndinin, Xocalının, Laçının, Ağdamın-bütün Qarabağın millət vəkilləri elə Qarabağ ərazisində yaşayan, Böyük Qayıdış prosesi nəticəsində o əraziyə qayıdan vətəndaşlarımız tərəfindən seçildilər ki, bu baxımdan dünən keçirilən növbədənkənar parlament seçkilərinin çox böyük tarixi əhəmiyyəti olduğunu düşünürəm".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Digər tərəfdən istər 21 günlük seçki təbliğat-təşviqat dövrü, istər dünən yekunlaşan seçki prosesi, demokratiyanın təntənəsi şəraitində baş verdi. 21 gün ərzində bütün namizədlər hansı siyasi partiyada təmsil olunmağından asılı olmayaraq açıq-aşkar, şəffaf bir formada dairələr üzrə öz seçiciləri ilə görüşdülər, öz platformalarını təqdim etdilər, rəqabət mühiti kifayət qədər yüksək səviyyədə idi. Heç bir inzibati müdaxilə prosesi baş vermədi. Nəticədə uğurla və demokratik formafs gerçəkləşdirilən 21 günlük təbliğat-təşviqat kampaniyasının sonunda da dünənki seçkilər baş verdi. Millət vəkili adını qazanan 125 nəfər içərisində xüsusilə keçmiş dövrdə parlamentdə öz aktivliyi ilə seçilən insanların adları yer alıbdır. Həmçinin yeni seçilən, daha əvvəl diplomatiya fəaliyyətində uğurlar qazanmış xeyli tanınan simalar da yeni parlamentdə təmsil olunacaqlar. Bütövlükdə seçki prosesini və növbədənkənar parlament seçkilərini dəyərləndirdikdə bu seçkilər yüksək şəkildə həyata keçirildi".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31