ŞƏT-in nümayəndə heyətinin rəhbəri: Beynəlxalq müşahidəçilərin dəvət olunması seçkilərin açıq və şəffaf keçirildiyinin göstəricisidir
2 Sentyabr 2024 11:17 SiyasətNövdəbənkənar parlament seçkilərini müşahidə etdik. Beynəlxalq müşahidəçilərin dəvət olunması seçkilərin açıq və şəffaf şəkildə keçirildiyinin göstəricisidir.
"Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndə heyətinin rəhbəri, Baş katibin müavini Nuran Niyazəliyev deyib.
"Bizim missiya 16 nəfərdən ibarət idi. Bizim missiyanın 20 ildən çoxdur ki, seçkiləri müşahidə etmək təcrübəsi var. Azərbaycan tərəfindən dəvət gələn kimi üzv dövlət tərəfindən müşahidə missiyası təsdiqləndi. Missiyamız seçki prosesində bir çox görüşlər keçirib.
Məntəqələrə baş çəkdiyimiz zaman bütün lazımi sənədlər təqdim olundu, bizim fəaliyyətimiz üçün bütün lazımı şərait yaradıldı. Azərbaycan bizim monitorinq missiyamız üçün bütün lazımi şərait yaratdı, bu da seçkilərin açıq, şəffaf, demokratik şəkildə keçirildiyini göstərir".