Belaruslu deputat: Biz iki ölkənin parlamentləri arasında sıx əlaqələrin davam edəcəyini gözləyirik

Azərbaycanda insanlar üçün parlament seçkiləri bayram idi, ən yüksək səviyyədə təşkil olunmuş, şəffaflıq təmin edilmişdi.

Olaylar "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko deyib.

O, Azərbaycanın yeni seçilmiş parlamenti ilə əlaqələrin yaxşı olacağına ümidvar olduğunu deyib: "Azərbaycan və Belarus parlamentləri arasında qarşılıqlı əlaqələr həmişə sıx olub və ümid edirəm ki, bu ənənə davam etdiriləcək".

S.Xomenkonun sözlərinə görə, Belarusdan olan nümayəndə heyəti 14 müşahidəçidən ibarət olub. Onlar Azərbaycanın müxtəlif bölgələrində, onun şəxsən özü isə Şuşa, Xankəndi və Füzulidə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31