TDT baş katibinin müavini: Missiya öz fəaliyyətini beynəlxalq standartlara uyğun aparıb

TDT missiyası Bakı şəhərində, o cümlədən Abşeron və Xızı rayonlarında müşahidələr apardı. Missiya öz fəaliyyətini beynəlxalq standartlara uyğun aparıb.

Olaylar "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyən Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Ömer Kocaman deyib.

O bildirib ki, missiya Yeni Azərbaycan Partiyası və Demokratik İslahatlar Partiyasının nümayəndələri ilə görüşüb, onların seçki prosesinə hazırlığı ilə tanış olub: "Həmçinin, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla da görüşmüş, ətraflı məlumat almışdıq. Missiya Xarici İşlər Nazirliyində də olub, seçki prosesini müzakirə edib".

Ö.Kocaman qeyd edib ki, müşahidə aparılan məntəqələr standartlara uyğun olaraq vaxtında açılıb: "Ümumilikdə, 36 məntəqədə olduq. İnsanların azad iradələrini ortaya qoymaları üçün bütün şərait yaradılmışdı. Hansısa neqativ hal qeydə alınmadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31